Azərbaycan millisi Sloveniya, Latviya və Bolqarıstan yığmaları ilə qarşılaşacaq
Yanvarın 3-dən 13-dək Sankt-Peterburqda FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 1998-ci il təvəllüdlü futbolçular arasında beynəlxalq turnir keçiriləcək.

Azərbaycan yığmasının da mübarizə aparacağı turnirin püşkatma mərasimi təşkil olunub. Püşkə əsasən, Azərbaycan yığması “C” qrupunda Sloveniya, Latviya və Bolqarıstan milliləri ilə mübarizə aparacaq.

“A” qrupunda Sankt-Peterburq, Belarus, Slovakiya, Yaponiya, Litva, “B” qrupunda isə Finlandiya, Rusiya, Estoniya, Qazaxıstan və Moldova komandaları yarışacaq.

Xəbər 637 dəfə oxundu.