“Azəryol” voleybol klubu Finlandiyanın “Salo” komandasını qəbul edəcək
Bu gün Bakının qadınlardan ibarət “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının səkkizdəbir final mərhələsinin cavab oyununa çıxacaq.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq görüşdə komandamız Finlandiyanın “Salo” klubunu qəbul edəcək.

Görüşü türkiyəli Cihat Fırıncıoğlu və ukraynalı Aleksey Skibitskiy idarə edəcəklər.

Qeyd edək ki, komandalar arasında Finlandiyada keçirilən ilk oyunda Bakı təmsilçisi 3:0 hesabı ilə qalib gəmişdi. Təmsilçimiz turnirin onaltıdabir final mərhələsində Rumıniyanın “Tarqoviste” klubunu yarışdan kənarlaşdırmışdı.


Xəbər 814 dəfə oxundu.