Topaz Premyer Liqası, XVII tura start verildi
Topaz Premyer Liqasının XVII turuna bu gün keçirilən “Rəvan” – “İnter” görüşü ilə start verildi. Oyun qonaqların 2-0 hesablı qələbəsi ilə yekunlaşdı.

Bəhmən Həsənov (“Rəvan”ın baş məşqçisi): “Oyunun ədalətli nəticəsi 2-2 hesabı olardı. Orxan Lalayevin zədə almasından sonra problemlər meydana gəldi. Əsas oyunçularımızın bir neçəsi zədəlidir, eyni zamanda “İnter”dən icarəyə götürdüyümüz oyunçular meydançada yox idi. Şikayətlənmək barədə düşünmürəm, sadəcə, reallıq budur. Əgər əldə etdiyimiz qol şanslarından ikisini dəyərləndirə bilsəydik, hesab fərqli olacaqdı. Məğlubiyyətə görə təəssüflənirəm, uğurlu oyunlardan sonra uduzduq. Qış fasiləsinə qədər qalan 1 oyunumuzdan maksumum yararlanmağa çalışacağıq. Düşünürəm ki, oyunumuzda irəliləyiş var, futbolçularımız taktiki gedişləri yerinə yetirməyi bacarırlar. Sadəcə, “İnter” bizi oyunçu keyfiyyəti baxımından üstələdi, məğlubiyyəti təhlil edəcəyik”.

Zaur Svanadze (“İnter”in baş məşqçisi): “2 məğlubiyyətdən sonra qələbə qazandıq. Qazanılan 3 xala görə şadam. Özümüzdə güc tapıb qələbə əldə etdik. Çalışacağıq ki, qışa qədər olan son oyunda da yaxşı nəticə qazanıb, evə yaxşı əhval-ruhiyyədə gedək”.


Xəbər 733 dəfə oxundu.