“Rio-2016”ya vəsiqə qazanan ilk boksçular arasında üç azərbaycanlı var
Gələn il keçiriləcək Rio-de-Janeyro Olimpiadasında iştirak edəcək ilk 60 boksçunun adı məlum olub.

20 boksçu AİBA Proboxing turnirindən, 17-si WSB liqasından, 23-ü isə Qətərdə keçirilən dünya çempionatından planetin ən böyük yarışına vəsiqə qazanıb. Braziliyada 286 dəri əlcək ustası rinqə çıxacaq.

Olimpiadaya ilk vəsiqə qazananlar arasında Azərbaycan milli komandasının 3 üzvü də var. Dünya çempionu Elvin Məmişzadə (52 kq), dünya çempionatının gümüş mükafatçısı Albert Səlimov və bürünc medalçı Pərviz Bağırovun (69 kq) “Rio-2016”da çıxış edəcəyi artıq dəqiqləşib.

Kuba yığmasının 7 üzvü Olimpiya Oyunlarına lisenziyaya yiyələnib.

Qeyd edək ki, qarşıda qitələr üzrə təsnifat yarışları və gələn ilin iyununda isə dünya Olimpiya təsnifat turniri keçiriləcək.

Xəbər 707 dəfə oxundu.