Bu gün “Lokomotiv”i gərgin oyun gözləyir
Bu gün Çellenc kubokunun 1/8 final mərhələsinin cavab oyunları keçirəcək. İdman.com.az saytının məlumatına görə, ölkəmizi bu yarışda təmsil edən “Lokomotiv” səfərdə Serbiyanın “Vizura” klub ilə görüşəcək. “Dəmiryolçular” ilk matçda evdə qalib gəldiyindən, rəqib meydanında psixoloji üstünlüyə malikdirlər.

Çellenc kuboku

8 fevral
1/8 final mərhələsinin cavab oyunu

21:00. “Vizura” (Serbiya) - “Lokomotiv” (Azərbaycan)
Hakimlər: Tim Kaaber (Norveç), Audrius Qarqasas (Litva)

İlk oyun
“Lokomotiv” (Azərbaycan) – “Vizura” (Serbiya) - 3:1 (25:20, 25:18, 22:25, 25:18)

Xəbər 1025 dəfə oxundu.