Bayramov Rövşən Cənnət oğlu - GÜMÜŞ MEDAL
Bayramov Rövşən Cənnət oğlu 1987-ci il mayın 7-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. (2008).

Yunan-Roma güləşi üzrə beynəlxalq dərəcəli və əməkdar idman usatsıdır (2009). Dəfələrlə respublika və beynəlxalq yarışların qalibi olub. Avropa birinciliklərində III yer (yeniyetmələr, 2002, 2003), dünya birinciliyində I yer (gənclər, 2003), III yer (gənclər, 2005), Avropa çempionatında III yer (Moskva, 2006), “Qizil-Qran-Pri” yarışında I yeri tutub. (Bakı, 2006). İkiqat Avropa çempionudur (Bolqarıstan, 2007), (Finlandiya, 2008).

Beynəlxalq Güləş Federasiyası (FİLA) yunan-Roma güləşi üzrə Azərbaycan pəhlavanı Rövşən Bayramovu 2008-ci ilin ən güclü idmançısı elan edib. “Qızıl Qran-pri” turnirinin bürünc mükafatçısıdır (2009, Bakı). Dünya çempionatında III yerə layiq görülüb (2009. Danimarka, Herninq). 2011-ci ildə İstanbulda dünya çempionu adını qazanıb.

XXIX və XXX Yay Olimpiya Oyunlarının gümüş medalçısıdır (2008, Pekin, 2012, London).

Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2008-ci il tarixli sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb.

Xəbər 2686 dəfə oxundu.