Şahin Səlim oğlu İmranov - BÜRÜNC MEDAL
İmranov Şahin Səlim oğlu 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. 13 yaşından boksla məşğul olur. 14 dəfə Azərbaycan çempionu olub.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur.
İki dəfə Avropa çempionatının gümüş medalını qazanıb. Hərbçilərin dünya olimpiadasının mükafatçısı, hərbçilərin dünya çempionatının bürünc medalıçısı, bir çox beynəlxalq turnirlərin qalibi olub.

2008-ci ildə Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən XXIX Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Xəbər 2513 dəfə oxundu.