“Azərreyl”i 1/4 finaldan bir addım ayırır
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu, bu gün Avropa Çempionlar Liqasında növbəti matçına çıxacaq. İdman.com.az saytının məlumatına görə, “dəmiryolçular” 1/8 final mərhələsinin cavab görüşündə İsveçrənin “Volero” komandası ilə görüşəcək.
Mütəxəssislər, Bakı İdman Sarayında baş tutacaq oyunda meydan sahibələrinin qalib gələcəklərini ehtimal edirlər.

Rəqibini Sürixdə 3:1 hesabı ilə məğlub edən “Azərreyl”in doğma divarlar arasında büdrəyəcəyi inandırıcı görünmür. Komandamız məğlub olacağı halda, cütün qalibini “qızıl set” müəyyənləşdirəcək.

Avropa Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunu

8 fevral
18:00. “Azərreyl” (Azərbaycan) – “Volero” (İsveçrə)
Hakimlər: Andrey Zenoviç (Rusiya), Borislav Pobornikov (Bolqarıstan)

İlk oyun
“Volero” (İsveçrə) – “Azərreyl” (Azərbaycan) - 1:3 (19:25, 25:22, 24:26, 16:25)

Xəbər 973 dəfə oxundu.