Kəpəzin daha bir futbolçusu zədələndi
Topaz Premyer Liqasının XIIV turunda “Xəzər Lənkəran”ın qonağı olacaq “Kəpəz” məşqlərini davam etdirir. Cənub səfəri öncəsi komandanın heyətində zədəli futbolçu var. Ceyhun Cavadov hazırlıq prosesində iştirak edə bilmir.

Gənc yarımmüdafiəçidən fərqli, Şəhriyar Əliyev və Budaq Nəsirovun durumu yaxşıdır. Fərdi çalışan hər iki futbolçu artıq komanda ilə birgə məşqlərə qoşulub. Onların “Xəzər Lənkəran”a qarşı matçda oynayıb-oynamayacağı oyun günü məlum olacaq.

Qeyd edək ki, bir müddət zədəli olan Şəhriyar Əliyev ötən tur “Rəvan”la oyunda “sarı-göylər”ə kömək edə bilməyib.

Xəbər 687 dəfə oxundu.