“Lokomotiv” voleybol klubu turnir cədvəlində liderliyə yüksəlib
Qadın voleybol komandalar arasında Azərbaycan Super Liqası yarışlarının ikinci dövrəsinin ikinci turu çərçivəsində bir oyun keçirilib.

Azərbaycan Voleybol Mərkəzində Çempionlar Liqası yarışlarında ölkəmizi təmsil edən “Lokomotiv” komandası liqada müsabiqədən kənar çıxış edən Gürcüstanın “Tbilisi” klubunu qəbul edib.

Azərbaycan təmsilçisinin üstünlüyü şəraitində keçən görüşdə “Lokomotiv” komandası 3:0 hesabı ilə qalib gəlib.

Hazırda turnir cədvəlinə 16 xalla “Lokomotiv” klubu liderlik edir. Hesabında 14 xal olan “Azəryol” və “Telekom” komandaları ilk üçlüyü tamamlayırlar.

Xəbər 687 dəfə oxundu.