Bakının “Azəryol” klubu heyətini gücləndirib
Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında ölkəmizi təmsil edən Bakının qadınlardan ibarət “Azəryol” klubu heyətini gücləndirib.

Bakı təmsilçisi Macarıstan millisinin üzvü Edina Dobi ilə müqavilə imzalayıb.

Mərkəz blokçusu mövqeyində çıxış edən voleybolçu cari mövsümün əvvəlində Almaniyanın “Vilsbiburq” komandasında forma geyinib.

Voleybolçunun dekabrın 16-da CEV kuboku yarışlarının səkkizdəbir final mərhələsi çərçivəsində Finlandiyanın “Salo” komandasına qarşı oyunda meydana çıxacağı gözlənilir.

Xəbər 863 dəfə oxundu.