Markus Merk son dövrün ən yaxşı hakimidir
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrin ən yaxşı hakimlərinin siyahısını açıqlayıb. İdman.com.az saytının məlumatına görə, ən yaxşı ədalət təmsilçiləri ilə bağlı 2001-2011-ci illərdə keçirilən sorğuların nəticələrini ümumiləşdirən İFFHS 11 illə bağlı yekun cədvəli müəyyənləşdirib.

11 ildə 135 xal toplayan almaniyalı Markus Merk planetin ən yaxşısı olub. Onun ən yaxın izləyiciləri olan cənubi amerikalılar da 100 xal səddini adlaya biliblər. Belə ki, uruqvaylı Xorxe Luis Larionda 108, kolumbiyalı Oskar Julian Ruis isə 104 xal toplaya bilib.
Qeyd edək ki, 71 hakimin yer aldığı siyahıda Azərbaycan təmsilçiləri yoxdur.

Xəbər 989 dəfə oxundu.