“Samsunspor”un avtobusu qatarla toqquşub
Türkiyənin “Samsunspor” klubu xoşagəlməz hadisə ilə qarşılaşıb. İdman.com.az saytının məlumatına görə, “Karabükspor”lə səfər matçından qayıdarkən komandanın avtobusu qatarla toqquşub.
Rəqib meydanında 1:2 hesabı ilə məğlub dönən samsunlular faciənin 1 addımlığında olublar.

Lakin xoşbəxtlikdən “Samsunspor” qəzanı itkisiz arxada qoyub. Yalnız 2 futbolçu xəsarət alıb. Hakan Arslanın dodağı partlayıbsa, Sərdar Özqan ayağından yaralanıb.

Qeyd edək ki, “Samsunspor” 1989-cu ildə də oxşar hadisə ilə üzləşmişdi. Lakin həmin vaxt Malatyadan qayıdarkən yaşanan faciədə 3 futbolçu ölmüş, baş məşqçi daxil olmaqla xeyli sayda üzvü yaralanmışdı.

Xəbər 1088 dəfə oxundu.