"Samsung" Kuboku yarışlarına yekun vuruldu
Xəbər verdiyimiz kimi dekabrın 9-da "The Club Port Baku"nun basketbol meydançasında U12 və U14 yaş qruplarıarasında "Samsung" Kubokunun final qarşılaşmaları keçirildi.

Birinci oyunda Səbail UGİM-in komandası böyük üstünlüklə Təhsil RİOEUGİM-in yeniyetmə basketbolçularına qalib gəldi (54:13 /10-3, 16-7, 12-0, 14-3/).

U14 yaş qrupunda isə Təhsil RİOEUGİM-in yetirmələri "Makkabi" MİİB-Sabuncu UGİM-in uşaqlarına məhsuldar basketbol oyunu "dərsini" keçərək onları məğlub etdi (74:35 /26-17, 22-14, 21-4, 5-10/).

Qalib komandalar kubok, medal, Gənclər və İdman Nazirliyinin diplomları ilə mükafatlandırılıblar.

Xəbər 755 dəfə oxundu.