Futzal üzrə Azərbaycan millisi seçmə mərhələdə ikinci qələbəsini qazanıb | |
Futzal üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ikinci qələbəsini qazanıb. Xorvatiyanın Osiyek şəhərindəki Dvorana Gradski VRT idman kompleksində Belarus millisi ilə qarşılaşan komandamız 7:2 hesabı ilə qələbə qazanıb. Millimizin heyətində Eduardo Mello Borges het-trik edib. Hərəyə 1 dəfə Vitali Borisov, Vieira Da Silva Augusto Sezar, Ramiz Çovdarov və Fineo de Araujo fərqlənib. İlk oyunda millimiz İsveç millisini 8:2 hesabı ilə məğlub etmişdi. Futzalçılarımız növbəti oyununu dekabrın 13-də Xorvatiya yığmasına qarşı keçirəcək. |
|
Xəbər 761 dəfə oxundu. |
|
|