Qəbələdə 7 qol
(Tural Məmmərzəyev, 11; Ehtiram Şahverdiyev, 27 (p.); Ramil Həsənov, 28 // Rəsul Babazadə, 8, 44; Mirabdulla Abbasov, 35, 52)

Bu gün əvəzedicilərin çempionatında XVI tura yekun vurulub. “Qəbələ” öz meydanında “Neftçi” ilə qarşılaşıb. Ardıcıl 10 qələbədən sonra yarışın turnir cədvəlinə başçılıq edən “qırmızı-qaralar” izləyicilərindən biri olan paytaxt təmsilçisi ilə görüşə də 3 xal iddiası ilə çıxıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüş məhsuldar alınıb. Qarşılaşmada vurulan 7 qoldan 6-sı ilk yarıya təsadüf edib. 8-ci dəqiqədə erkən qol buraxan “Qəbələ” 18 dəqiqədə 3 dəfə fərqlənərək, hesabda irəli çıxıb – 3:1. Komandamızın qollarını Tural Məmmərzəyev, Ehtiram Şahverdiyev və Ramil Həsənov vurublar. Lakin qonaqlar fasiləyədək iki qol vuraraq, hesabda tarazlıq yaradıb. Fasilədən sonra hər iki komanda qələbə qolunu vurmaq üçün irəli atılıb. İkinci hissənin əvvəlində 4-cü qolu vuran bakılılar istəyinə çatıb. Buraxılan qoldan sonra Ramin Quliyevin yetirmələrinin oyunda dönüş yaratmaq səyləri bəhrəsini verməyib.

Beləliklə, 3:4 hesablı ilə uduzan “Qəbələ”nin 10 oyunluq qələbə seriyası qırılıb. “Qırmızı-qaralar” 16 turdan sonra 33 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Xəbər 692 dəfə oxundu.