U-15 komandamız qələbə seriyasını 10-a çatdırdı
“Neftçi” PFK-nın U-15 komandası AFFA-nın təşkil etdiyi Boulevard Hotel U-15 liqasında ardıcıl 10-cu qələbəsini qazanıb. Komandamız XVI turda “Ağsu” klubunu 4:0 hesabı ilə məğlub edib. Ağsu şəhər stadionunda baş tutmuş görüşdə qolları İnqilab Ələkbərov, Nicat Məmmədov, Valeh Qəhrəmanlı və Musa Qurbanlı vurublar.

Qeyd edək ki, 16 oyundan 40 xal toplayan komandamız liderlər qrupunda qərarlaşıb.

Xəbər 715 dəfə oxundu.