Məktəblilər arasında stolüstü tennis üzrə rayon birinciliyi başa çatıb
Sahil qəsəbəsində yerləşən Uşaq Gənclər İdman Məktəbində Qaradağ rayon məktəblilərin XXVIII Spartakiadası çərçivəsində stolüstü tennis üzrə rayon birinciliyi başa çatıb.

Yarışda hər məktəbdən 5 şagird (3 oğlan, 2 qız) iştirak edib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 228 nömrəli məktəbin komandası birinci olub. Yarışda 319 nömrəli məktəb ikinci, 273 nömrəli məktəbin komandası isə üçüncü pillədə qərarlaşıb.

Qaliblərə rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və xatirə hədiyyələri verilib.

Qeyd edək ki, 228 nömrəli məktəbin komandası Bakı Spartakiadasına vəsiqə qazanıb.

Xəbər 757 dəfə oxundu.