Azərbaycan millisi bu gün Belarus yığması ilə qarşılaşacaq
Futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsində Azərbaycan millisi bu gün Belarus yığması ilə qarşılaşacaq.

Xorvatiyanın Osiyek şəhərindəki Dvorana Gradski VRT idman kompleksində saat 20.30-da başlayacaq və CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu idarə edəcək hakimlərin adları açıqlanıb:

Trayan Ençev (Bolqarıstan), Gerd Bylois (Belçika), Qabor Kovaç (Macarıstan)
Qeyd edək ki, millimiz qrupun ilk oyununda İsveç yığmasını 8:2 hesabı ilə məğlub edib.

Xəbər 686 dəfə oxundu.