Bakının “Azəryol” komandası Finlandiyanın “Salo” klubuna qalib gəlib
Bakının qadınlardan ibarət “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının səkkizdəbir final mərhələsi çərçivəsində səfərdə Finlandiyanın “Salo” klubu ilə qarşılaşıb.

“Salohali” arenada təşkil olunan görüşdə Bakı təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Komandalar arasında cavab oyunu dekabrın 16-da Bakıda təşkil olunacaq.

Qeyd edək ki, komandamız turnirin onaltıdabir final mərhələsində Rumıniyanın “Tarqoviste” klubunu yarışdan kənarlaşdırıb.

Xəbər 796 dəfə oxundu.