“Telekom” klubu Avropa Çempionlar Liqasında növbəti matçını keçirib
Bakının qadın voleybolçulardan ibarət “Telekom” klubu Avropa Çempionlar Liqasında növbəti matçını keçirib.

“Telekom” komandası 4-cü “Sərhədçi” Olimpiya İdman Mərkəzində Almaniyanın “Drezdner” komandası ilə görüşüb.

“E” qrupunda autsayder olan ev sahibələri rəqibə müqavimət göstərsədə, sonda məğlub olub – 2:3 (21:25, 25:20, 21:25, 25:17, 7:15). İstanbul “Fənərbağça”sı 11 xalla liderdir. “Dresdner”in 7, “İmpel”in (Polşa) 4 və “Telekom”un 2 xalı var.

Xəbər 779 dəfə oxundu.