İspaniya La Liqasında yeni kollektiv əmək müqaviləsi imzalanıb
İspaniya Peşəkar Futbol Liqası və İspaniya Futbolçular Assosiasiyası arasında yeni kollektiv əmək müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə görə, növbəti mövsümdən etibarən İspaniya futbol çempionatının yüksək liqasında çıxış edən oyunçuların minimum illik əmək haqqı 155 min avro olacaq.

Müqavilə 2016-cı il iyulun 1-dən qüvvəyə minəcək. Hazırda İspaniya La Liqasında oynayan futbolçular üçün illik əmək haqqının minimum məbləği 129 avrodur.

AZƏRTAC

Xəbər 700 dəfə oxundu.