Rusiya Kuboku yarışlarında Azərbaycan təmsilçisi bürünc medal uğrunda mübarizə aparacaq
Qadın güləşi üzrə açıq Rusiya Kuboku yarışlarında Azərbaycan təmsilçisi Leyla Qurbanova bürünc medal uğrunda görüşə çıxacaq.

53 kiloqram çəki dərəcəsində yarışan L.Qurbanova səkkizdəbir və dörddəbir final görüşlərində inamlı qələbələr qazansa da, yarımfinalda Monqolustan təmsilçisi Otqontsetseq Davaasuxa 2:3 hesabı ilə məğlub olub.

Açıq Rusiya Kuboku yarışlarında medallar uğrunda qarşılaşmalar dekabrın 11-də keçiriləcək.

Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, İsveç və ABŞ-dan olan idmançıların iştirak etdikləri beynəlxalq turnirin ümumi mükafat fondu 120 min ABŞ dollarıdır.

Xəbər 705 dəfə oxundu.