“Azəryol” voleybol komandası Finlandiyada “Salo” ilə qarşılaşacaq
Bu gün Bakının qadınlardan ibarət “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının səkkizdəbir final mərhələsi çərçivəsində səfərdə Finlandiyanın “Salo” klubu ilə qarşılaşacaq.

“Salohali” arenada təşkil olunacaq görüşü belaruslu Kanstantsin Asipçuk və rusiyalı Pavel Anderson idarə edəcəklər.

Qeyd edək ki, komandamız turnirin onaltıdabir final mərhələsində Rumıniyanın “Tarqoviste” klubunu yarışdan kənarlaşdırıb.

Xəbər 662 dəfə oxundu.