“Azərbaycana 4 qol vurmaq böyük nailiyyət sayılır” | |
Serbiya yığmasının futzalçısı Vidan Bojoviç Azərbaycanla oyunu unuda bilmir. İdman.com.az saytının məlumatına görə, hücumçu Xorvatiyada davam edən final mərhələsində millimizə 9:8 hesabı ilə qalib gəldikləri qrup oyunda pokerə imza atıb. Bununla da Vidan 4 qolla turnirin bombardirlər siyahısına başçılıq edir. Həmin matçda avtoqol da edən hücumçu təəssüratlarını bölüşüb: “Mən indiyə kimi emosiyalarla doluyam. Axı, ötən il Avropa çempionatının yarımfinalçısının qapısına 4 qol vurmaq elə də asan deyil. Əlbəttə, Avropa çempionatında 4 qol böyük nailiyyət sayılır. Bu, sanki yuxuda idi! Azərbaycanla oyun yığmamın formasında ən yaxşı oyunum idi”. Qeyd edək ki, yığmamızla qalib gəlməklə 1/4 finala çıxan serblər Rusiya ilə görüşəcək. |
|
Xəbər 1199 dəfə oxundu. |
|
|