“Anderlext”in əfsanəsi “Anderlext” – “Qarabağ” matçı barədə danışıb
“Anderlext”in əfsanəvi hücumçusu Pol van Himst Avroliqanın qrup mərhələsinin son turunda keçiriləcək “Anderlext” – “Qarabağ” matçı barədə danışıb. O, Belçika komandasının qalib gələcəyinə inanır:

“Anderlext” “Qarabağ”ı məğlub etməyə borcludur. Başqa nəticə azarkeşləri qane etməz. Komandamız əgər “Tottenhem” və Monako” kimi güclü klubları məğlub edibsə, o zaman “Qarabağ”a qalib gəlmək də problem olmamalıdır.

Hətta Stiven Defurun yoxluğu da qələbəyə maneçilik törətməməlidir. Fikrimcə, “Anderlext” sabah Azərbaycan komandasını məğlub edəcək”.

Xəbər 687 dəfə oxundu.