Qadın güləşçilərimiz reytinqdəki mövqelərini qoruyub | |
Dünya Güləş Birliyi 2015-ci ilin noyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. Qadın güləşçilərin reytinq sıralamasında 9 güləşçimizin adı var. Bakıd keçirilmiş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran PriⅦ beynəlxalq turnirinin final mərhələsində gümüş medal qazanan Nataliya Sinişin 4 pillə irəliləyərək reytinqdə 7-ci sırada qərarlaşıb. 60 kq-da mübarizə aparan İrina Netreba bir pillə irəliləyərək 4-cü sıraya yüksəlib. Son Dünya çempionatının gümüş medalçısı Mariya Stadnik reytinq siyahısında ikinciliyini qoruyub. Mövqeyini qoruyan güləşçilərimiz həm də Anjela Doroqan (53 kq, 6-cı yer) və Nadya Muşka (63 kq, 14-cü yer) olub. Dünya çempionatının bürünc medalçısı Yuliya Ratkeviç 2 pillə geriləyərək 6-cı yerdə qərarlaşıb. 48 kq 2. Mariya Stadnik - Dünya çempionatı 2-ci yer (2) 53 kq 6. Anjela Doroqan - Dünya çempionatı 5-ci yer (6) 55 kq 7. Nataliya Sinişin - Qızıl Qran Pri 2-ci yer (11) 12. Alyona Kolesnik - U-23 AÇ 1-ci yer (15) 58 kq 6. Yuliya Ratkeviç - Dünya Çempionatı 3-cü yer (4) 60 kq 4. İrina Netreba - Polşa turniri 3-cü yer (5) 63 kq 14. Nadya Muşka - Polşa turniri 2-ci yer (14) 18. Elmira Qəmbərova - U-23 AÇ 3-cü yer (nr) 19. Raqnetta Qurbanzadə - AÇ gənclər 3-cü yer (nr) Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib. |
|
Xəbər 673 dəfə oxundu. |
|
|