Bakının “Lokomotiv” voleybol klubu “Alyants Ştutqart” komandasının qonağı olub
Qadın voleybolçular arasında Çempionlar Liqası yarışlarının dördüncü turu çərçivəsində növbəti oyunlar keçirilib.

Bakının “Lokomotiv” komandası Almaniyadakı “Şarrena” Arenada “Alyants Ştutqart” klubunun qonağı olub.

Portuqaliyalı baş hakim Avelino Azevedonun idarə etdiyi oyunda “Lokomotiv” komandası 1:3 hesabı ilə məğlub olub.

Çempionlar Liqası yarışlarının “A” qrupunda mübarizə aparan “Lokomotiv” ilk görüşdə “Dinamo Kazan”a 1:3 hesabı ilə məğlub olsa da, Bakının “Azərreyl” komandasına 3:1 hesabı ilə qalib gəlib. Bakı təmsilçisi doğma meydanda “Alyants Ştutqart”dan 3:0 hesabı ilə üstün olub.

Xəbər 787 dəfə oxundu.