Qurban Qurbanov: “Qalib gəlmək istəyiriksə, qol vurmaq mütləqdir”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünən keçirilən mətbuat konfransında futbolçularına inandığını deyib. O, bu gün qarşılaşacaqlırı Belçika komandasının çox təcrübəli olduğunu vurğulayıb:

“Bu il qrupda son oyunumuzdur. Matçın mahiyyətini bilirik. Uğurlu nəticə əldə etmək istəyiriksə, bizi qələbə qane edir. Başqa çıxış yolumuz yoxdur. Ancaq qalib gəlməliyik. Çətin olmağına baxmayaraq, komandanı oyuna tam hazır etmişik. Hər bir futbolçu meydanda sonadək mübarizə aparacaq. Çünki bu oyunda bizi bir nəticə qane edir. Hər bir futbolçu məsuliyyətini dərk edir.

“Anderlext” evdə və ya səfərdə oynamasından asılı olmayaraq, aqressiv oyun nümayiş etdirir. Əgər qismətimizdə varsa, sabah qalib gələcəyik. Bizim itirəcək heç nəyimiz yoxdur. Lazım olanda müdafiədə, lazım olanda hücumda olacağıq. Qalib gəlmək istəyiriksə, qol vurmaq mütləqdir. İnşAllah, sabah çalışacağıq ki, ən azından azarkeşlərimiz oyunumuzdan razı qalsın.

Zədəli oyunçularımızın kimlər olduğunu bilirsiniz.Təbii ki belə olanda heyət seçimində müəyyən çətinliklər olur. Qismətimizdə varsa, sabah biz mərhələni keçəcəyik. Komandada ab-hava yaxşıdır. Hamı bilir ki, son şansımızdır. Onları heç motivasiya etmək də lazım deyil. Futbolçuların hər biri öz məsuliyyətini dərk edir”

Xəbər 642 dəfə oxundu.