Ürfan Abbasov: “Onlar çox sürətlidir”
UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qəbələ” – “Krasnodar” (Rusiya) oyunundan əvvəl keçirilən mətbuat konfransında “qırmızı-qaralar”ın futbolçusu Ürfan Abbasov da iştirak edib. Müdafiəçinin fikirlərini sizlərlə bölüşürük:

“Sabahkı görüşdə meydana çıxacaq heyət müəyyənləşmədiyindən bu qarşılaşmada iştirak edib-etməyəcəyimi hələlik bilmirəm. Baş məşqçimiz şans versə, meydana çıxmağa hazıram. Belə olsa, var gücümlə mübarizə aparıb, əlimdən gələni edəcəyəm. “Krasnodar”ın oyununu ətraflı təhlil etmişik. Bu komandanın futbolçuları əks-hücumlar zamanı çox sürətlidir. Bu üzdən çox sayıq oynamalıyıq”.

Xəbər 671 dəfə oxundu.