Cüneyd Biçər: Əsl mübarizə hələ yenicə başlayır
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Cüneyd Biçər qarşıdakı oyunlara hazırlığına toxunub. İdman.com.az saytının məlumatına görə, mütəxəssis ölkə çempionatı haqda nikbin danışıb: “Biz bütün komandalarla oyunlara hazırıq. Fikrimcə, biz altılıq oyunlarında tam gücümüzü göstərə biləcəyik.

Mərhələlərlə hər şeyə hazır olacağıq. Turdan-tura daha yaxşı oynayacağımızı düşünürəm. Həmçinin yeni transferlər də özlərini göstərməlidilər. Çempionatda əsl mübarizə hələ yenicə başlayır. Qızıl xallar da bundan sonra qazanılmağa başlayacaq”.

Xəbər 963 dəfə oxundu.