Şəhriyar Əliyev: “Hər iki dirəyə və tirə vurmuşam, bir qapıya düşmək qalıb”
Topaz Premyer Liqasının 15-ci turunda keçirilən və 2:2 hesablı bərabərliklə nəticələnən “Sumqayıt” – “Kəpəz” oyunu maraqlı epizodla yadda qalan oldu. Matçın 2-ci dəqiqəsində “sarı-göylər”in üzvü Şəhriyar Əliyev rəqib qapısı önündə qarışıqlıq zamanı eyni epizodda iki dəfə topu tirə vurdu.

Adətən standart vəziyyətlərdə hücuma atılan müdafiəçi klub saytına açıqlamasında həmin epizoda şərh verib: “Karyeramda birinci dəfə idi ki, bir epizodda ardıcıl olaraq iki dəfə zərbəm tirə dəydi (gülür). Özüm də şokdayam, artıq neçə oyundur ki, zərbələrim dirəyə və ya tirə tuş gəlir, qapıya düşmür. Bundan öncə AzAL və “İnter” ilə oyunlarda belə şansızlıq yaşamışdım. Sonuncu dəfə “Sumqayıt”a qarşı görüşdə eyni hal təkrarlandı. Sadəcə, bəxt imkan vermir qol vurmağıma. İnşallah, “Rəvan”la oyunda meydana çıxsam, bunların əvəzini çıxmağa çalışacağam. Hər iki dirəyə və tirə vurmuşam, bir qapıya düşmək qalıb”.

Xəbər 670 dəfə oxundu.