Ronaldo Çempionlar Liqasında yeni rekorda imza atıb
Madridin "Real" klubunun forvardı Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsi tarixində yeni bir rekorda imza atıb.

Ronaldo qrup mərhələsinin 6-cı turunda "Malmö"nün (İsveç) qapısından dörd top keçirməklə turnirdə vurduğu qolların sayını 11-ə çatdırıb. Bununla 30 yaşlı portuqaliyalı turnirin qrup mərhələsində yeni rekord sahibi olub.

Qeyd edək ki, "Real" - "Malmö" (İsveç) görüşü 8:0 hesabı ilə başa çatıb.

Xəbər 638 dəfə oxundu.