Mübarizə ümidi yarımfinala qaldı
Futbol klublarının ölkə kuboku uğrunda mübarizəsində daha bir mərhələ gerilə qaldı. Bu mərhələ ilk baxışda aşağı-yuxarı divizionların rəqabəti, qüvvələrin müqayisəsi baxımından maraq doğrurdu. Məlum oldu ki, fərq var, həm də hiss olunacaq qədərdir. İki dəstə arasında bu qədər böyük fərqin olması ilk baxışda normal qarşılanmalıdır. Lakin aşağı dəstədə bəzi klubların imkanlarını da nəzərə alsaq, meydanda bərabər olmasa belə, ciddi rəqabətə şahid olmalıydıq.

Ümumiyyətlə, “qoşa çərək” də adlandırılan mərhələ heç bir sürpriz nümayiş etdirmədi və qanunauyğunluqla – güclülərin qələbəsi ilə başa çatdı.

Növbəti mərhələ gələn ilin yazında olacaq. Həmin vaxta qədər çox şey dəyişə bilər. İlk ciddi rəqabəti müşahidə edəcəyimiz həmin mərhələ də, yəqin ki, ötəri olacaq. İddialıların və onlara bərabərlərin məlum olduğu yarışda, çətin ki, qış fasiləsində qeyri-adi yeniliklər olsun. Ona görə də, yarış ölkə çempionatının avazına uyğun olaraq, yarımfinal mərhələsindən kəskinləşə bilər. O da yalnız çempionatda Avropa kuboklarına vəsiqə verən yerlər uğrunda rəqabət müşahidə olunsa, mümkündür. Əks halda bu mübarizə də adının kölgəsində qalacaq.

Azərbaycan kuboku-2015/16
1/8 final
2 dekabr (çərşənbə)

“Turan Tovuz” - “İnter” (Bakı) 1:3 (Azər Məmmədov, 15//Səbayel Bağırov, 5-öz qap., Laşa Kasradze, 24, Abbas Hüseynov, 27).
“Qarabağ” (Ağdam) – “Şəmkir” 2:0 (Cavid Tağıyev, 72, Samuel Armenteros, 83).
“Neftçala” - “Sumqayıt” 0:1 (Pərdis Fərcad-Azad, 90).
“Xəzər Lənkəran” - “Kəpəz” (Gəncə) 1:0 (Kamran Abdullazadə, 14).
“Neftçi” (Bakı) – “Qaradağ Lökbatan” 8:0 (Kaue da Silva, 5, Rəhman Hacıyev, 19, Elşən Abdullayev, 32, 62, Ruslan Qurbanov, 34, 52, Cavid İmamverdiyev, 36, Məhəmməd Qurbanov, 83).
AZAL (Bakı) - “Zirə” (Bakı) 1:2 (Aleksandr Quruli, 90+2//Nelson Bonilya, 30, 87).

3 dekabr (cümə axşamı)

“Rəvan” (Bakı) - “Bakı” 1:0 (Vüqar Bəybalayev, 23).
“Qəbələ” - “Mil-Muğan” (İmişli) 7:0 (Derlis Meza Kolli, 6, Ruslan Abışov, 16, Fakundo Pereyra, 22, Rikardinyu, 42, Ermin Zets, 44, Vaqif Cavadov, 58, Asif Məmmədov, 83).

1/4 final
İlk oyunlar: 2 mart (çərşənbə)
Cavab görüşləri: 9 mart (çərşənbə)
A. “Rəvan” (Bakı) – “İnter” (Bakı)
B. “Qarabağ” (Ağdam) – “Sumqayıt”
C. “Xəzər Lənkəran” – “Neftçi” (Bakı)
D. “Zirə” (Bakı) – “Qəbələ”

1/2 final
İlk oyunlar: 27 aprel (çərşənbə)
Cavab görüşləri: 4 may (çərşənbə)
Qalib A – Qalib B
Qalib C – Qalib D

Final
25 may (çərşənbə)

BATI YAR



Xəbər 659 dəfə oxundu.