Güləş üzrə Rusiya Kuboku yarışları keçiriləcək
Dekabrın 10-11-də Çuvaşiyada qadınlar arasında sərbəst güləş üzrə Rusiya Kuboku yarışları keçiriləcək.

Turnirdə dünyanın müxtəlif ölkələrindən ən güclü idmançıların iştirakı gözlənilir. Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, İsveç və ABŞ-dan sərbəst güləşçilər Çeboksara gələcəklər.

Rusiya Kuboku yarışlarında cəmi 8 dəst mükafat oynanılacaq. Turnirin mükafat fondu 120 min dollardır.

Xəbər 703 dəfə oxundu.