Paytaxtın ən güclü qol güləşçiləri müəyyənləşdi
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) tədbirlər planına müvafiq olaraq, “Ağ at” İdman Klubunda gənc qol güləşçiləri arasında Bakı birinciliyi keçirilib.

BŞGİBİ-dən idman.com.az saytına bildiriblər ki, yarışda Elnur İsmayılov (55 kq), İlqar Musayev (60 kq), Elnur Vurduxanov (65 kq), Hicran Ağayev (70 kq), Ənvər Hüseynov (75 kq), Zöhrab Məhsimov (80 kq), Həbib Muradov (85 kq), Ceyhun Məmmədov (90 kq), Elnur Qurbanov (100 kq) və Sərxan Yadigarov (+100 kq) 1-ci yer tutublar.

Xəbər 2672 dəfə oxundu.