Bakının “Azəryol” voleybol komandası Finlandiyaya yollanıb | |
Xəbər verdiyimiz kimi, Bakının qadınlardan ibarət “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının səkkizdəbir final mərhələsi çərçivəsində səfərdə Finlandiyanın “Salo” klubu ilə qarşılaşacaq. Komandamız artıq Finlandiyaya yollanıb. Dekabrın 10-da “Salohali” arenada təşkil olunacaq görüşü belaruslu Kanstantsin Asipçuk və rusiyalı Pavel Anderson idarə edəcəklər. Qeyd edək ki, komandamız turnirin onaltıdabir final mərhələsində Rumıniyanın “Tarqoviste” klubunu yarışdan kənarlaşdırıb. |
|
Xəbər 657 dəfə oxundu. |
|
|