İsmət Qayıbov adına stadionda yenidənqurma işlərinə başlanılıb
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda söküntü işlərinə başlanılıb.

Söküntü işi “Neftçi” klubunun təşəbbüsü ilə həyata keçirilir.

Belə ki, orda baza tikməyi qərarlaşdıran klub bu istiqamətdə fəaliyyətə start verib.

Klubun mətbuat xidməti tərəfindən də söküntü işi təsdiqlənib və ərazidə sonradan baza tikiləcəyi bildirilib. Lakin tikinti işlərinin konkret tarixi barədə hələ məlumat verilməyib.

Xəbər 745 dəfə oxundu.