Gəncə klubunda 2 yeni müdafiəçi
"Kəpəz" daha 2 futbolçunun transferini rəsmiləşdirib. İdman.com.az saytının məlumatına görə, Unibank Premyer Liqasının təmsilçisi moldovalı İon Arabaçi və gürcüstanlı Giorgi Sepiaşvili ilə anlaşıb.

Qaqauz əsilli moldovalı müdafiəçi "Aqro", "Tiliqul", "Styaua", "Daçiya" klublarının formasını geyinib. 28 yaşlı İonun son klubu "Rapid" olub. Giorgi də onun kimi arxa xətt oyunçusudur. Onun son klubu vətənində Sxinvali “Spartak”ı olub.

Xəbər 993 dəfə oxundu.