Faiq Qarayev: Arxayınçılığa əsas yoxdur
“Bu rəqib bizə artıq tanışdır. “Volero”da çoxlu gənc, istedadlı və iddialı oyunçular var”. İdman.com.az saytının məlumatına görə, bunu “Azərreyl”in baş məşqçisi Faiq Qarayev deyib. Təcrübəli mütəxəssis Avropa Çempionlar Liqasının 1/8 final mərhələsinin “Volero” (İsveçrə) klubu ilə cavab matçı barədə fikirlərini açıqlayıb. O bildirib ki, ilk oyunda 3:1 hesabı ilə qalib gəlsələr də, arxayınçılığa əsas yoxdur:

“Rəqib hələ ötən həftə Sürixdəki matçda bizə bəzi problemlər yaratdı. “Volero” evdə uduzduğundan Bakıda bunun əvəzini çıxmağa çalışacaq. Biz isə oyuna soyuqqanlı çıxmalıyıq. Hər halda biz növbəti mərhələyə hələ vəsiqə qazanmamışıq”.
Qeyd edək ki, “Azərreyl” – “Volero” matçı sabah saat 18:00-da start götürəcək.

Xəbər 1058 dəfə oxundu.