Son illərin ən yaxşı qapıçısı Buffondur
Futbol Tarixi və Statistikası Beynəlxalq Federasiyası 2001-2011-ci illərdə çıxış edən ən yaxşı qapıçıların siyahısını dərc edib. İdman.com.az saytı xəbər verir ki, 199 bal toplayan italiyalı qapıçı Canluici Buffon birinci yerin sahibi olub.

İkinci yerdə ispan İker Kasilyas qərarlaşıb. O, həmkarından 1 bal az toplayıb. Üçüncü yerin sahibi Londonun “Celsi” klubunun qolkiperi Petr Çexdir.

İlk onluqda müvafiq olaraq Edvin van der Sar (Niderland), Oliver Kan (Almaniya), Dida (Braziliya), Viktor Valdes (İspaniya), Julio Sezar (Braziliya), Yens Lemann (Almaniya) və Roberto Abbondanseri (Argentina) yer alıblar.

Xəbər 983 dəfə oxundu.