“Bakı”nın futbolçuları seçimlərini etdilər
“Bakı” klubunun qış fasiləsində transfer etdiyi yeni futbolçuların çıxış edəcəkləri formaların nömrələri məlum olub. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandaya gələn 4 legioner artıq seçimlərini ediblər.

Xorvatiyalı müdafiəçi Duye Bakoviç 2, yarımmüdafiəçilər - sloveniyalı Mario Horvat 10, serbiyalı Nenad Kovaçeviç 24, ispan hücumçu Koke 98 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Bakı”da cari mövsümdə bu nömrələri daşıyan futbolçular olmayıb.

Xəbər 919 dəfə oxundu.