Qusar Olimpiya İdman Kompleksi
Yaradılış tarixi: 27 sentyabr, 2008-ci il

Ərazi: 14 hektar

Qusar şəhərində Olimpiya İdman Kompleksi 2008-ci il sentyabrın 27-də istifadəyə verilib.

Şəhərin ən mənzərəli yerində, meşə kənarında tikilmiş bu kompleks 14 hektar ərazidə yerləşir və əsas korpusunun ümumi sahəsi 5 min kvadratmetrdir. Bu korpusda universal 1530 və 450 yerlik tribunaları olan iki idman salonu, 25 metrlik üzgüçülük hovuzu, stolüstü oyunlar üçün otaqlar, trenajor salonu, yeməkxana, yardımçı otaqlar yerləşir. Üzgüçülük hovuzunda isə yarışları 316 nəfər izləyə bilər.

Üçmərtəbəli üç idman korpusu, daxili istirahət parkı və istirahət məkanı yerləşir.

1-ci korpusda boks (rinq və hər cür şəraiti ilə), güləş, trenajor, aerobika və bilyard zalları fəaliyyət göstərir.
2-ci korpusda əl oyunları zalı (voleybol, həndbol, futzal, basketbol, döyüş və s. idman növlərinin yarış və məşqlərin keçirilməsi üçün hər cür şəraiti var, tamaşaçı tutumu 1531 nəfər) yerləşir.

3-cü korpusda üzgüçülük hovuzu (ölçüləri 25x15m, tamaşaçı tutumu 316 nəfər) fəaliyyət göstərir.

Kompleksin istirahət məkanında açıq tipli hovuz, 7 bağ çardağı, 40 ədəd 1 və 2 ailəli hər cür şəraiti olan koteclər yerləşir.

Ünvan: Aşağı Ləyər yolu

İndeks: AZ3800

Şəhər: Qusar

Telefon: 050-244-54-00, 051-551-00-54

Faks:

E-mail: qusar.olimpik@gmail.com

Xəbər 12281 dəfə oxundu.