Əhməd Əhmədzadə Kişilər arasında Azərbaycan Çempionatının ( I dəstə) qalibi oldu
Respublika Şahmat Mərkəzində keçirilən Kişilər arasında Azərbaycan Çempionatının (birinci dəstə) başa çatıb.

Sonuncu turda Əhməd Əhmədzadə Çingiz Rzayev üzərində qələbə qazanaraq aktivinə 6.5 xal yazmağa müvəffəq olub. Rəşad Zeynallı isə Fariz Əhmədovu məğlub edərək xal ehtiyatını 6.5-ə çatdırıb. Andrey Mustafin və Elvin Bayramov heç-heçə edərək hərəyə 6 xal toplayıblar.

Beləliklə, Əhməd Əhmədzadə və Rəşad Zeynallı 6.5 xal toplayaraq 1-2-ci yerləri bölüşdürüblər. Əlavə göstəricilərə görə, yarışın qalibi adını Əhməd Əhmədzadə qazanıb. Elvin Bayramov və Andrey Mustafin isə 3-4-cü yerləri bölüşdürsələrdə, əlavə göstəricilərə görə 3-cü yerin sahibi Elvin Bayramov olub.Fərid Aslanov isə aktivinə 5.5 xal yazaraq yarışı 5-ci yerdə başa vurub.

Qeyd edəki, çempionatda I-III yerləri tutan şahmatçılar 2016-cı il Azərbaycan Çempionatının yüksək dəstəsində oynamaq hüququ qazanıblar.

Yarış isveçrə sistemi ilə 9 turdan ibarət olaraq keçirilirdi.

Xəbər 843 dəfə oxundu.