“Topaz”ın dəstəyi ilə radio veriliş
Bu gündə etibarən “Topaz”ın dəstəyi ilə futbol həvəskarları üçün peşəkar radio verilişinin yayımına başlanır. İdman.com.az saytının məlumatına görə, hər çərşənbə axşamı və cümə günləri saat 19:00-da Anten FM-də yayımlanacaq verilişin aparıcısı və müəllifi Doktor Ziyadır.

Radio verilişində ən son futbol xəbərləri, “Topaz” proqramı və oyunlarının hərtərəfli təhlili aparılacaq. “Overtaym” verilişinin hər bir buraxılışında “Topaz” proqramına daxil olan oyunlar üçün proqnozlar və hazır kupon variantları da təqdim ediləcəkdir.

Verilişdə Azərbaycan, Türkiyə və Rusiyanın aparıcı idman jurnalistləri iştirak edəcəklər. “Overtaym” verilişini canlı olaraq internet vasitəsi ilə www.antenn.az ünvanında dinləmək olar. “Overtaym” verilişinin baş sponsoru “Topaz”dır.

Xatırladırıq ki, “Topaz” Azərbaycanda ilk qanuni idman mərc oyunudur. “Topaz” oyununun iştirakçılarının uduşlarına dövlət təminatı verilir. “Topaz” 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.

Xəbər 1228 dəfə oxundu.