Paralimpiyaçılarımız medallarının sayını artırdılar
Lisenziya xarakterli açıq qış Polşa çempionatının son günündə azərbaycanlı paralimpiyaçılar daha iki medal qazanıblar.

Azərbaycan Milli Paralimpiya Komitəsindən bildiriblər ki, 200 metrə kompleks üzmə üsulu üzrə Dmitriy Saley qızıl, Roman Saley isə gümüş medala sahib olublar.

Xatırladaq ki, bundan əvvəl sərbəst, brass, bel üstündə üzgü, baterflay üsulları üzrə yarışlarda Dmitriy Saley 1 qızıl, 3 gümüş, 1 bürünc, Roman Saley isə 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar.

Xəbər 710 dəfə oxundu.