“Azərreyl” voleybol komandası “Telekom”a qalib gəlib
Dekabrın 5-də qadın voleybolçular arasında Azərbaycan Super Liqasında on üçüncü tur çərçivəsində bir oyun keçirilib.

Azərbaycan Voleybol Mərkəzində “Azərreyl” komandası “Telekom”u qəbul edib.

Çempionlar Liqası yarışlarında mübarizə aparan təmsilçimizin duelindən “Azərreyl” 3:0 hesablı qələbə ilə ayrılıb.

“Telekom” 14 xalla turnir cədvəlinin birinci pilləsində yer alıb. “Lokomotiv” və “Azərreyl” komandaları isə 13 xalla 2-3-cü pillədə qərarlaşıblar.

Xəbər 666 dəfə oxundu.