Əvəzedicilərdən ardıcıl 10-cu qələbə
Əvəzedicilər Çempionatı, XV tur.

"Xəzər Lənkəran"-"Qəbələ" 0:2.

Qollar: Ramil Həsənov, 1; Muxtar Əliyev, 85.

Hakimlər: Camaləddin Hacıyev, Maqsud Şıxəliyev, Rahin Heybətov, Vüqar Həsənli.

"Qəbələ"nin əvəzedicilərdən ibarət komandası çempionatın XV turu çərçivəsində "Xəzər-Lənkəran"la üz-üzə gəlib. Səfərdə - Lənkəranda baş tutan matç komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ"nin qollarına Ramil Həsənov və Muxtar Əliyev imza atıb. Ardıcıl 10-cu qələbəsini qazanan və xallarının sayını 33-ə çatdıran Ramin Quliyevin yetirmələri çempionatda liderliklərini davam etdiriblər.

Xəbər 741 dəfə oxundu.