Azərbaycan şahmatçıları blits və rapid üzrə Avropa çempionatında iştirak edəcəklər
Dekabrın 18-dən 20-dək Minskdə şahmatın blits və rapid növləri üzrə Avropa çempionatı keçiriləcək.

Blits üzrə çempionatda iştirak etmək üçün 573 şahmatçı, o cümlədən 75 qrossmeyster müraciət edib. Azərbaycanı qrossmeysterlər Şəhriyar Məmmədyarov (2784), Qədir Hüseynov (2709), Rauf Məmmədov (2667), habelə Elnur Əliyev (2228) və ustalığa namizəd Rüstəm Bünyadov (2105) təmsil edəcəklər. Blits-turnir dekabrın 18-də keçiriləcək.

Rapid üzrə qitə çempionatına 690 oyunçu, o cümlədən 84 qrossmeyster qatılıb. Rapid turniri dekabrın 19-20-də keçiriləcək.

Yarışların açılış mərasimində Beynəlxalq Şahmat Federasiyasının Prezidenti Kirsan İlyumjinov iştirak edəcək.

Çempionatın hər turunun 50 partiyası onlayn rejimdə yayımlanacaq.

Xəbər 856 dəfə oxundu.