Azərbaycan güləşçisi Rusiyada xatirə turnirində bürünc medal qazanıb
Moskvada Ümumrusiya Uşaq İdmanı Federasiyasının ilk prezidenti və Əməkdar Məşqçi Şevalye Nusuyevin xatirəsinə həsr olunmuş beynəlxalq güləş turniri keçirilir.

İlk yarış günündə mükafatçılar arasında Azərbaycan güləşçisi Mahmud Məhəmmədov da yer alıb. Turnirdə 61 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz turnirin bürünc medalına sahib olub. O, üçüncü yer uğrunda görüşdə rusiyalı rəqibi İmam Qadjiyevdən güclü olub.

Artıq ənənəvi olaraq hər il keçirilən yarışda Rusiya idmançıları yanaşı, Azərbaycan, Əfqanıstan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Özbəkistan və Ukraynadan 300 güləşçi birincilik uğrunda mübarizə aparır.

Xəbər 701 dəfə oxundu.